“Qalatasaray” daha bir ulduz futbolçunu İstanbula gətirdi
“Qalatasaray” klubunun transfer danışıqlarına başladığı ispaniyalı futbolçu Xuan Mata İstanbula gəlib.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəsmiləri tərəfindən qarşılanan təcrübəli futbolçuya azarkeşlər sarı-qırmızı şərf taxıb.
Futbolçu tibbi müayinədən keçdikdən sonra “cim-bom”la müqaviləyə imza atacaq. Lakin müqavilənin detalları açıqlanmır.
Mata karyerasına 2003-cü ildə 15 yaşında “Real”ın əvəzedici komandasında başlayıb. 2007-ci ildə “Valensiya”ya keçən 34 yaşlı yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib.
Karyerası boyunca 632 rəsmi matça çıxan Xuan Mata 138 qola imza atıb.







