“Qalatasaray” tilsimi qırmağa çalışacaq
“Qalatasaray” UEFA Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”nu qəbul edəcək.
Msport.az xəbər verir ki, qarşılaşma bu gün İstanbulda yerləşən “RAMS Park” stadionunda keçiriləcək.
“Qalatasaray” turnirdə indiyədək “Liverpul”, “Bodo-Qlimt” və “Ayaks” üzərində qələbə qazanaraq 9 xal toplayıb. İstanbul təmsilçisi bu oyunda müsbət nəticə əldə edəcəyi halda ilk “24-lük”də yerini böyük ölçüdə təmin etmiş olacaq. Tərəflər indiyədək altı dəfə üz-üzə gəlib və “Qalatasaray” hələ də Madrid klubunu məğlub edə bilməyib.
Qarşılaşmanın nəticəsi qrupdakı son durum baxımından hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.







