featured-image-75440

Argentinanın “River Pleyt” klubu baş məşqçi Marselo Qalyardo ilə əməkdaşlığa son qoyub.

Msport.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə yolların ayrılmasının əsas səbəbi qeyri-qənaətbəxş nəticələrdir.

“River Pleyt” Qalyardonun rəhbərliyi altında 510 matça çıxıb – 269 qələbə, 128 heç-heçə, 113 məğlubiyyət. Hazırda sözügedən kollektiv Aperturanın B qrupunda 10-cu yerdədir.

Yerli mətbuat artıq klubun yeni baş məşqçi tapdığına dair informasiyalar dərc edilib. “River Pleyt”i Xorxe Sampaolinin çalışdıracağı bildirilib.

Bənzər xəbərlər