"Qapımız qarşısında nə təhlükəli vəziyyət yaranır, qol olur" - Rəşad Sadıqov
Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib. Msport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis maraqlı mübarizə getdiyini deyib:
“Düşünürəm ki, hamı üçün maraqlı oyun oldu. Düzdür, qol imkanları çox deyildi, amma meydanda gərgin mübarizə gedirdi. Matçın ilk 15-20 dəqiqəsində passiv oynadıq, rəqib də bundan istifadə edib fərqləndi. Bundan sonra oyunu nəzarətimizə götürə bildik. Daha aktiv olduq, nəticədə, 2-ci hissənin əvvəlində hesabı bərabərləşdirdik. Rəqib ondan sonra böyük qüvvə ilə irəli atıldı. “Neftçi”nin müdafiəsində boşluqlar yaranırdı, bundan istifadə edib qol epizodları yaratdıq. Təəssüf ki, istifadə edə bilmədik. Rəqibin bir qol epizodu oldu, ondan yararlandı. Bəlkə də yarı qol epizodu idi. Ümumiyyətlə, bu mövsüm qapımız qarşısında nə təhlükəli vəziyyət yaranır, qol olur. Səbrli olmalıyıq. Oyunumuzu yaxşılaşdırmalıyıq. Əgər bir oyunda sənin qapında iki real təhlükə yaranır və ikisi də qolla yekunlaşırsa, nəticə qazanmaq çox çətin olur. Fərlənib oyunun gedişatını dəyişə bilərdik. Lakin biz fərqlənə bilmədik, onlar qol vurdu. Yaxşı mübarizə gördük, hər iki komandanın futbolçularını təbrik edirəm”.
“Zirə”nin baş məşqçisi növbəti tur “keçiriləcək “Qəbələ” ilə oyuna da toxunub: “Düşünürəm ki, bu oyunu saxlayıb, hər bir futbolçu bir qədər də artırmalıdır. İndi mövsümün əvvəlidir, futbolçuların və komandanın oprimal formada olması qeyri mümkündür. Oyunumuzu bir az da artırmalıyıq. İlk 4 turda 3 oyunumuz birbaşa rəqiblərimizlə idi. “Qəbələ” yaxşı formadadır. İstər Konffrans Liqasında, istərsə də çempionata çox yaxşı başlayıblar. Hər oyuna olduğu kimi meydana qələbə qazanmaq üçün çıxacağıq”. (CBC Sport)