"Qarabağ" 4 milyon avroya "yox" dedi
“Qarabağ” futbolçusu Olavio Juninyo ilə bağlı Braziliya təmsilçisi “Flamenqo”dan aldığı ilk təklifi rədd edib.
Msport.az xəbər verir ki, bu barədə ölkənin “Terra” nəşri məlumat yayıb.
Rio de Janeyro təmsilçisinin şərtləri Azərbaycan çempionunu qane etməyib. “Qarabağ” hücumçusu üçün 6 milyon avro istəyir. “Qırmızı-qaralar” oyunçunu 4 milyon avroya transfer etmək istəyib.
Lakin “Flamenqo” ikinci təklif hazırlayır. Braziliyalılar “Qarabağ”ın güzəştə gedəcəyi qənaətindədir. Buna futbolçunun istəyi səbəb ola bilər. Juninyonun özü də vətənində oynamaq arzusundadır. O, klubla ilkin razılıq da əldə edib.
Qeyd edək ki, “Flamenqo”dan əvvəl “Sevilya” ilə razılığa gələn Juninyo sonradan fikrindən dönərək Braziliyaya qayıtmağa qərar verib.