featured-image-11199

Türkiyə mətbuatı Çempionlar Liqasının pley-off mərhələsində keçirilən oyunlara yer ayırıb.

Msport.az xəbər verir ki, “Milliyyət” dünən keçirilən matçlar haqqında “Luşesku şokta, “Benfika” fena dağıtdı, “Qarabağ”a yazıq oldu”  başlığından istifadə edib:

“Qarabağ” tarixə düşməyin bir addımlığından döndü. İlk oyunda rəqibi ilə qolsuz bərabərə qalan Azərbaycan təmsilçisi 1:0 önə keçsə də, üstünlüyünü qoruya bilmədi və “Viktoriya Plzen”ə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşdı. 38-ci dəqiqədə Filip Ozobiçin qolu ilə önə keçən “Qarabağ”, 58-də Yan Kopiç və 73-də Yan Klimentin qollarına mane ola bilmədi”.

Bənzər xəbərlər