"Qarabağ" Andradenin yerinə 1 milyona futbolçu alır
“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Rhaldneylə anlaşıb.
Msport.az “ne45.com.br” saytına istinadən xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi iyulun 1-dən “köhlən atlar”a qoşulacaq.
Ağdam klubunun “sambaçı” üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun “Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, Rhaldney indiyədək yalnız Braziliya klublarında çıxış edib.