featured-image-11641

“Qarabağ” futbolçusu İbrahima Vadjini Fransanın “Sent-Etyen” klubuna satıb. Fransa mediası bu transfer üçün “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məbləğin daha yüksək olduğunu bildirib:

“Artıq Vadji “Sent-Etyen”ə transfer olunub. Bununla da “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi. Klubumuz Vadjini 1 milyon 600 min avroya “Sent-Etyen”ə satdı”. (qol.az)

Ötən yay Ağdam klubuna transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər