"Qarabağ" bizə rəqib ola biləcək ən güclü komanda idi" - "Vestri"nin baş məşqçisi
İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafu-Badu “Qarabağ”la Konfrans Liqasının I təsnifat mərhələsinin oyunundan qabaq fikirlərini açqlayıb.
Msport.az xəbər verir ki, 38 yaşlı ingiltərəli mütəxəssis çox güclü komandaya qarşı mübarizə aparacaqlarını deyib:
– Bu çox həyacanlıdır. Bu cür güclü komandaya qarşı oynayacağıq. Mənim komandam üçün çətin oyun olacaq. Lakin biz öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik.
–Ötən mövsümlə müqayisədə “Qarabağ”ın heyətində çox dəyişikliklər baş verib. Siz hazırlıq prosesində buna nəzər yetirdiniz?
-Futbolçular dəyişib, amma baş məşqçi eynidir ki. Əminəm ki, onlar baş məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun planı baxımından dəyişiklik baş verməyib, Çempionlar Liqasında gördüyümüz dəst-xəttdir.
-Püşkatmadan əvvəl bu komanda haqqında məlumatınız var idi?
-Mən futbolu sevirəm və “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarına baxmışam. Onlar haqqında məlumatım var idi.
-Püşkatmadan sonra sizin futbolçular sevinirdilər ki, rəqib “Qarabağ” oldu. Bu nə ilə bağlı idi?
-Azərbaycan gözəl ölkədir. Mənim oyunçularım həyəcanlı idilər ki, belə bir komanda ilə qarşılaşacaqlar. “Qarabağ” bizə rəqib ola biləcək ən güclü komanda idi.
–Nəyin hesabına növbəti mərhələyə yüksələ bilərsiniz?
-Öz planlarımızı açmaq istəmirəm. “Qarabağ” topla aktiv oynayır, hücum edirlər və futbolçuları texnikalıdırlar. Ola bilər ki, əks-hücumlarda hərəkət edək. Hazırda yalnız bunu deyə bilərəm.







