"Qarabağ" braziliyalı futbolçu transfer etdi - Artıq Bakıdadır
“Qarabağ” növbəti transferini həyata keçirib. Msport.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyanın “Santa Klara” klubunun üzvü Julio Romao ilə anlaşıb.
24 yaşlı braziliyalı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, “Partizan”a yollanan Patrik Andradenin yerinə gətirilib.
Artıq Bakıya gələn Romaonun trasnferini “Qarabağ” yaxın vaxtlarda açıqlayacaq. Romaonun “Santa Klara” ilə müqaviləsi 2023-cü ilə qədər olduğundan “Qarabağ” Portuqaliya klubuna transfer pulu ödəyəcək.
Transfermarkt” saytı yarımmüdafiəçinin transfer dəyərini 200 min avro göstərib.
2014-2015-cı illərdə “Qolas”ın formasını geyinmiş braziliyalı futbolçu növbəti 3 mövsümü də vətənində “Atletiko Parananese”də keçirib. O, 2019-2020-ci il mövsümünü “Ponte Preta”da başa vurub. 2020-ci ilin yayında Portuqaliyaya gələn Julio “Santa Klara” ilə anlaşıb. (Sportinfo.az)