"Qarabağ" "Şerif"dən daha təşkilatlanmış komandadır" - "Viktoriya"nın hücumçusu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya Plzen” Bakıya gəlir.
Msport.az xəbər verir ki, Çexiya klubunun futbolçuları hava limanında açıqlama veriblər. “Slovan Liberets”in heyətində Avropa Liqasının tarixində ən erkən qolu Bakıda “Qarabağ”ın qapısına vuran hücumçu Yan Sikrora:
“Rəqibin nəticələri artıq çox şeydən xəbər verir. Çox keyfiyyətli komandadır. “Qaarabağ” “Şerif”dən daha təşkilatlanmış komandadır. Ancaq biz ora yalnız bir aydın məqsədlə gedirik – qələbə qazanmağa və evə sərfəli nəticə ilə dönməyə.
Bakıya səfəri səbirsizliklə gözləyirəm. Ordan yaxşı xatirələrim var. Həmin vaxt oyun heç-heçə başa çatsa da mənim üçün unudulmaz qarşılaşma oldu. Bu qol hələ də Avropa Liqasının rekordları sırasındadır. Odur ki, bu qol həmişə xatirimdə qalacaq. Lakin indi bizi başqa stadionda tamam fərqli oyun gözləyir. Əlimizdən gələni etməliyik ki, yaxşı nəticə əldə edək və növbəti mərhələyə yüksələk”.








