"Qarabağ"da gözlənilməz ayrılıq reallaşır - Abbasov Qara ilə vidalaşdı
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov “Neftçi”yə keçəcəyi gözlənilən komanda yoldaşı Qara Qarayevlə vidalaşıb.
Msport.az xəbər verir ki, futbolçu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.
O, 30 yaşlı yarımmüdafiəçiyə uğurlar arzulayıb.
“Uğurlar, mənim qarabağlı qaqam”, – Hüseynov yazıb.
Qeyd edək ki, hələlik nə “Qarabağ”, nə də “Neftçi” bu keçidi təsdiqləyib.







