featured-image-2672

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, çempionun adı 25-ci turda rəsmiləşib.

“Sabah”ı qəbul edən “Qarabağ” bu oyundan (1:1) sonra xallarının sayını 59-a çatdırıb. Beləliklə, lider və ən yaxın izləyicisi “Neftçi” arasında xal fərqi 12-yə yüksəlib. Şəxsi görüşlərdə paytaxt komandasından üstün olan “Qarabağ” sona 3 tur qalmış əsas rəqibi üçün əlçatmaz olub.

Qurban Qurbanovun yetirmələri yubiley – 30-cu çempionatda qızıl medalları təmin edib. Bu, Ağdam təmsilçisinin tarixində 9-cu çempionluqdur. “Qarabağ” qızıl medal sayında “Neftçi”yə çatıb. “Kəpəz”in üç, “Şəmkir”, “Bakı”, “Şamaxı”nın (“İnter” adı altında) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın bir titulu var.

Qeyd edək ki, 2001/02 mövsümü yarımçıq qalıb, 2002/03 mövsümündə çempionat keçirilməyib.

1992. “Neftçi” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1993/94. “Turan” (Tovuz)
1994/95. “Kəpəz” (Gəncə)
1995/96. “Neftçi” (Bakı)
1996/97. “Neftçi” (Bakı)
1997/98. “Kəpəz” (Gəncə)
1998/99. “Kəpəz” (Gəncə)
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2003/04. “Neftçi” (Bakı)
2004/05. “Neftçi” (Bakı)
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter” (Bakı)
2008/09. “Bakı”
2009/10. “İnter” (Bakı)
2010/11. “Neftçi” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Neftçi” (Bakı)
2013/14. “Qarabağ” (Ağdam)
2014/15. “Qarabağ” (Ağdam)
2015/16. “Qarabağ” (Ağdam)
2016/17. “Qarabağ” (Ağdam)
2017/18. “Qarabağ” (Ağdam)
2018/19. “Qarabağ” (Ağdam)
2019/20. “Qarabağ” (Ağdam)
2020/21. “Neftçi” (Bakı)
2021/22. “Qarabağ” (Ağdam)

Bənzər xəbərlər