featured-image-56141

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start verilib.

Msport.az xəbər verir ki, X turun açılış oyununda “Kəpəz” və “Qarabağ” komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Kəpəz” isə 3 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.

Bənzər xəbərlər