featured-image-80360

“Qarabağ”ın transfer etmək istədiyi Nihad Mujakiç Azərbaycana gəlmək istəməyib.

Msport.az xəbər verir ki, “Partizan”dan ayrılan müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

Bosniya və Herseqovina millisinin üzvü “Ərzurumspor”la 3 illik müqavilə bağlayıb.

Türkyə klubu müdafiəçi üçün “Partizan”a 400 min avro ödəyib.

27 yaşlı futbolçu son mövsümü icarə əsasında Türkiyədə keçirib. O, əvvəlcə “Eyüpspor”, daha sonra isə “Qaziantep”in formasını geyinib.

Mərkəz müdafiəçisi 2024-cü ildə Türkiyənin “Ankaragücü” klubundan “Partizan”a transfer olunmuşdu. O, Belqrad təmsilçisinin heyətində ümumilikdə 34 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Bənzər xəbərlər