"Qarabağ" darmadağın, yeni legioner het-triklə başladı
Avstriyada dtəlim-məşq toplanışında olan Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Ağdam klubu Avstriya təmsilçisi “VSG Tirol”la üz-üzə gəlib. Görüş Qurban Qurbanovun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər.
Yeni transfer Savo het-trik edib.
Qeyd edək ki, Avstriya bundesliqa təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.
“Qarabağ” hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq. Komanda iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan “Ferentsvaroş”u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.







