featured-image-80916

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanın SSKA klubuna penaltilər seriyasında uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Msport.az xəbər verir ki, Ağdam klubu  Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.

 

İlk oyun avqustun 6-da Ukrayna təmsilçisinin ev matçlarını keçirdiyi Polşanın Lyublin şəhərində, cavab görüşü isə avqustun 13-də Bakıda olacaq.

Konfrans Liqasının pley-off mərhələsinin püşkatması isə bu oyunlardan əvvəl – avqustun 3-də keçiriləcək. “Qarabağ”ın yüksək klub reytinqinə (42.750) görə “Dinamo” – “Qarabağ” cütü səpələnmişlər sırasında yer alacaq.

“Qarabağ” Kiyev klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə pley-offda bu komandalardan biri ilə qarşılaşa bilər:

“Hetafe” (İspaniya)

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cütləri:

“Riyeka” (Xorvatiya) – “İlves” (Finlandiya)

ÇFR (Kluj, Rumıniya) – “Tromsö” (Norveç)

HİK (Finlandiya) – “Moteruell” (Şotlandiya)

“Tvente” (Niderland) – DAK 1904 (Slovakiya)

RFS (Latviya) – “Yablonets” (Çexiya)

“Brann” (Norveç) – “Apollon” (Kipr)

“Jalgiris” (Litva) – “Hayduk” (Xorvatiya)

“Şkendiya” (Şimali Makedoniya) – “Hibernian” (Şotlandiya)

“Avstriya” (Avstriya) – “Beytar” (İsrail)

GKS (Katovitse, Polşa) – “Hapoel” (Tel-Əviv, İsrail)

“Vaduts” (Lixtenşteyn) – “İnter” (Finlandiya)

“Norşellann” (Danimarka) – “Valyur” (İslandiya)

“Auda” (Latviya) – “Dinamo” (Tirana, Albaniya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu cütlüklərin məğlubları:

“Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya)

“Beşiktaş” (Türkiyə) – “Hradets-Kralove” (Çexiya)

“Ferensvaroş” (Macarıstan) – “Qurnik” (Polşa)

“Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Bolqarıstan)

Beləliklə, püşkdən asılı olaraq “Qarabağ” pley-offda yenidən SSKA ilə qarşılaşa bilər.

Bənzər xəbərlər