featured-image-17798

Dünya çempionatında Tunis millisinin şərəfini qoruyan Aissa Layduni “Qarabağ”a keçməyə yaxın olub.

Msport.az xəbər verir ki, “Ferentsvaroş”un şərəfini qoruyan yarımmüdafiəçinin 2-3 əvvəl Ağdam klubuna keçəcəyi gözlənilirmiş. O, hətta “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışında da olub. Amma Layduni son anda Azərbaycana gəlməkdən imtina edib.

Tunisli futbolçu karyerasını Avropa davam etdirməyə üstünlük verib. Qeyd edək ki, Layduni həmin vaxt Rumıniyanın “Voluntari” klubunun şərəfini qoruyurdu. O, 2020-ci ildə “Ferentsvaroş”a transfer olunub.

25 yaşlı oyunçu Fransanın “Anje”, “Les Herbires”, “Şambli” klublarında da çıxış edib.

Layduni “Qarabağ”ın vingeri Abdullah Zubirin yaxın dostudur. O, dünya çempionatında Danimarla ilə oyunda (0:0) 87, Avstraliya ilə görüşdə isə 66 dəqiqə meydanda olub.

 

Bənzər xəbərlər