featured-image-3164

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

Msport.az IFFHS-in saytına istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” var.

Aktivində 136 xalı olan Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Ağdam təmsilçisi Cənubi Afrikanın “Mamelodi Sandaunz”, Almaniyanın “Bayer” (Leverkuzen) klubları ilə eyni xala malikdir.

“Ağ-qaralar” “Kolon Santa Fe”, “Nyuells Old Boys” (hər ikisi Argentina) və “Dandolk” (İrlandiya) komandaları ilə eyni xal toplayıb.

“Neftçi” 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib.

İlk “3-lük”də 305 xalla “Çelsi” (İngiltərə), 304 xala malik “Atletiko Mineyro” və 296 xal toplamış Palmeyras” (hər ikisi Braziliya) qərarlaşıb.

Bənzər xəbərlər