“Qarabağ” əsas hücumçusunu itirdi
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnən “Qarabağ”ın hücumçusu Zakaria Savonun durumu müəyyənləşib.
Msport.az xəbər verir ki isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Onun 8 həftəyə meydançaya qayıtması gözlənilir.







