featured-image-15904

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) matçına bilet satışı davam edir.

Msport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk gündə 20 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:
– Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
– Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.

Bənzər xəbərlər