"Qarabağ" HİK-i keçə bilməsə... - Potensial rəqiblər
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələ biləcəyi mümkün rəqiblərin siyahısı dəqiqləşib.
Msport.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, aşağıdakı cütlüklərdən birini qalibi ilə qarşılaşacaq:
“Valmeyra” (Latviya) – “Partizani” (Albaniya)
“Farul” (Rumıniya) – “Flora” (Estoniya)
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq)
Konfrans Liqasının püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 24-31 avqustda keçiriləcək.