featured-image-34931

“Qarabağ” Avropa Liqasında Finlandiyanın HİK komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Klubdan Msport.az saytına verilən məlumata görə, siyahıda 24 futbolçunun adı yer alıb.

Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo
Hücumçular: 99. Redon Cica, 90. Nəriman Axundzadə

Qeyd edək ki, “Qarabağ” HİK-ə qarşı ilk matçını avqustun 10-da Bakıda, cavab görüşünü isə bir həftə sonra Helsinkidə keçirəcək.

Bənzər xəbərlər