featured-image-34925
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – HİK oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Msport.az xəbə verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov avqustun 9-u saat 18:10-da “Azersun Arena”da jurnalistlərin qarşısına çıxacaq. 18:30-da isə açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı 19:30-da, açıq məşqi isə 20:00-dа Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Bənzər xəbərlər