featured-image-34714

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – HİK (Finlandiya) oyununun biletləri avqustun 5-i saat 14:00-dan satışa çıxarılacaq.

Msport.az xəbər verir ki, avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Bənzər xəbərlər