featured-image-11120

2015-2016-cı illərdə “Viktoriya Plzen”in baş məşqçisi olmuş Karel Kreyçiy Çexiya mətbuatına müsahibəsində bugünkü oyundan danışıb. Msport.az “blesk.cz”ya istinadən müsahibəni təqdim edir:

  • Bu günkü oyundan nə gözləyirsiniz? 
  • Şübhəsiz ki, rəqib çətindir. “Plzen”i heç də asan cavab oyunu gözləmir. “Qarabağ” hörmət edilməli rəqibdir. “Ferentsvaroş” da III təsnifat mərhələsində Bakıda 1:1 hesabı ilə bərabərə qalmışdı, lakin sonra evdə uduzdular. Bu, komandanın gücünü göstərir. Onların məşqçisi uzun illərdir ki, komandaya rəhbərlik edir. Onun bəlli futbol baxışları var, evdə də, səfərdə də eyni üslubda oynamağa çalışırlar. Demək olar ki, onlarda bu alınır. “Viktoriya”ya dolu stadion dəstək olacaq. Komandanın özəyi çox təcrübəlidir.  Heydaya görə təəssüflənirəm. Onun işini kimsə öz üzərinə götürməlidir. Şübhəsiz ki, “Viktoriya” Çempionlar Liqasının qrupuna yüksəlmək üçün hər şeyə sahibdir.
  • Təhlükəli rəqibi necə məğlub etmək olar? 
  • Doğma divarlar arasındakı üstünlükdən istifadə etmək lazımdır. Oyunda “Viktoriya”nın təzyiq altında qalacağı hücumlar olacaq. Mütləq standart vəziyyətlər yaratmaq lazımdır. “Viktoriya” ilk oyunda mənə yaxşı təsir bağışladı. Onun standartlarda gücü var və belə anlardan yararlana bilərlər.

Bənzər xəbərlər