featured-image-32310

Avstriyada təlim-məşq toplanışına olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Ağdam klubu Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşacaq.

“Leerberg Arena”da keçiriləcək görüş  Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyada daha iki matça çıxacaq. “Qarabağ” “Legiya” (Polşa) və ÇSKA (Sofiya, Bolqarıstan) ilə gücünü sınayacaq.

Yoxlama oyunu 

“Qarabağ” – “Ferentsvaroş”  3:3

“Leerberg Arena”, 20:00.

Əsas heyət: Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Maksim Medvedev (k), Elvin Cəfərquliyev, Riçard Almeyda, Julio Romao, Leandro Andrade, Toral Bayramov, Redon Cica, Nəriman Axundzadə

Ehtiyat heyət: Luka Quqeşaşvili, Amin Ramazanov, Qara Qarayev, Hamidu Keyta, Musa Qurbanlı, Nihad Quliyev, Marko Yankoviç, Yassin Benzia, Adama Diakabi, Bədavi Hüseynov, Rahil Məmmədov, Marko Veşoviç

Bənzər xəbərlər