featured-image-26626

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXVIII turunda “Şamaxı” ilə oyuna ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Msport.az-a verdiyi məlumata görə, səfər matçında Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Yassin Benzia və Abbas Hüseynov iştirak etməyəcəklər.

Sözügedən oyunçuların hər biri zədədən əziyyət çəkir.

Qeyd edək ki, aprelin 2-də keçiriləcək “Şamaxı” – “Qarabağ” oyunu saat 15:30-da başlayacaq.

Cahid

Bənzər xəbərlər