"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi
Sabah UEFA-nın mənzil qərərgahında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq.
Msport.az xəbər verir ki, Avropa futbol qurumu komandaları artıq 3 qrupa bölüb. Ağdam klubu 3-cü qrupda səpələnmişlər sırasındadır.
Azərbaycan çempionunun potensial rəqibləri “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya) və “Dinamo Batumi” (Gürcüstan) komandalarıdır.
İlk oyunlar iyulun 5-6-da, cavab qarşılaşmaları isə iyulun 12-13-də olacaq.