"Qarabağ"ın baş məşqçisi də bu dildə danışırdı" - Kadi Borges
“Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borges rus dilində artıq bəzi sözləri öyrəndiyini deyib.
Msport.az “Metaratings”ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni komandasında ən çox kiminlə ünsiyyət qurduğunu da bildirib:
“Əsasən Latın Amerikasından olanlarla oturub-dururam. Bir dildə danışırıq, bir-birimizin mentalitetini yaxşı bilirik. Kayo ilə tez dil tapdım, axı hər ikimiz Braziliyadanıq. Rus dilini demək olar ki, bilmirəm. Ona görə də hələ ki rusiyalı futbolçularla az danışıram.
Bəli, rus dili ilə tanışam. Çünki “Qarabağ”ın baş məşqçisi bu dildə danışırdı. Bir çox oyunçular da orda rus dilində söhbət edirdilər. Odur ki, sizin dil mənə tanışdır. Düzdür, Azərbaycanda daha çox İngilis dilini öyrənməyə üstünlük verdim. Məşqçi həmin dildə də danışa bilirdi.
Həyat yoldaşım yanıma gələn kimi rus dilini öyrənmək niyyətindəyəm. Bu mənim üçün çox vacibdir, onunla birgə müəllim yanında məşğul olacağıq. İndi bir neçə söz deyə bilərəm: “Xoroşo”, “spasibo”, “vperyod”, “nazad”, “pojaluysta”. Əslində pis başa düşmürəm, amma danışmaq hələ çətindir”.
AYXAN







