featured-image-32687

Peşəkar Futbol Liqasının yutub kanalında gözdən əlil “Qarabağ” azarkeşi Elgün Haqverdiyev haqqında süjet yayımlanıb.

Msport.az xəbər verir ki, o, tanıdığı futbolçuların adlarını sadalayıb.

“Çalışırıq ki, hər oyuna gedək. İstəyimiz də odur ki, həmişə “Qarabağ” qalib gəlsin. Elgünün görmə qabiliyyəti olmasa da, hissiyatı çox güclüdür”, – Elgünün əmisi Elgiz Haqverdiyev deyib.

Elgünün atası Xurşud Haqverdiyev oğlunun gözlərindəki problemin 15-16 günlüyündən olduğunu bildirib: “O vaxtdan bir valideyn kimi üzərimizə nə düşürsə, etdik”.

 

Bənzər xəbərlər