"Qarabağ"ın futbolçularının ustalıq səviyyəsi yüksəkdir" - "Viktoriya"nın məşqçisi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Viktoriya Plzen”in köməkçi məşqçisi Pavel Xorvat qarşıdakı oyunla bağlı fikirlərini bildirib.
Msport.az “blesk.cz”ya istinadən xəbər verir ki, Mixal Bilekin korpusunda yer alan mütəxəssis Ağdam klubunun yaxşı futbolçulara malik olduğunu vurğulayıb: “Onların futbolçularının səviyyəsi həqiqətən əladır”.
Xorvat şənbə günü Çexiya çempionatında “Qrades”lə oyunda çiyni əzilən Yindrij Stanekin durumu haqqında da danışıb: Stanek xokkeyi sevir. Biz pley-offdayıq və mən əminəm ki, onunla bağlı hər şey yaxşı olacaq”.
“Qarabağ” futbolçularının fərdi ustalığına bel bağlıyır?” sualını məşqçi belə cavablandırıb: “”Qarabağ” topu özündə çox saxlayır. Topu itirdikdən sonra isə çox pressinq edirlər. Xüsusən də ev oyunlarında inamlı və uğurlu şəkildə pressinq edirdilər. Mübarizələrin çoxunu udurlar və sonra rəqibi cəzalandırırlar. Onlar irəlidə topu ələ keçirəndə çox təhlükəli olurlar. Meydanda etməməli olduğumuz bir çox hərəkətlər var. Və düşünməliyik ki, bunların qarşısını necə almalıyıq”.
“Viktoriya”nın məşqçisi əsas məqsədlərinin mümkün qədər irəlidə və öz qapılarından uzaqda oynamaq olacağını bildirib: “Səfərdə bizə problem yaradan çox amillər ola bilər. Bakıda Çexiyaya nisbətən hava çox istidir, rütubət olacaq və əlbəttə ki, komandalarını irəli səsləyən azarkeşlər. Üstəlik heyətlərində elə futbolçular var ki, bizim liqada elələrini görməyə çox da öyrəşməmişik. Braziliyalılar, fransız, afrikalılar, bir sözlə ustalıq səviyyələri yüksəkdir. Topu ayağı ilə sadəcə irəli vuran futbolçu yoxdur. Bu, həmişə çatışmazlıqdır. Onların zəif cəhətlərini axtarmış olsaq, futbol nöqteyi-nəzərdən bu çox azdır”.
47 yaşlı mütəxəssis yeni transferləri Vatslav Yemelkanın start heyətində, sol cinahda oynayıb-oynamayacağına belə münasibət bildirib: “Futbolçular üçün ən yaxşısı odur ki, gələn kimi oynamağa başlayırlar və heç nə gözləmirlər. Biz Yemelkanı çoxdan tanıyırıq. O, artıq bir neçə ildir ki, öz keyfiyyətini ortaya qoyur. Müdafiənini sol cinahı üçün o, da variantlardan biridir”.
Xorvat Bakıdakı isti hava şəraitinin oyunlarına nə dərəcə mane olacağına münasibət bildirib: “Çexiyada da kifayət qədər istidir. Səhər 10-dan 11:30-a qədər məşqlər isti hava şəraitində keçir. Amma bizi orda gözləyən rütubət daha çox olacaq. Gedib çatdıqdan sinra necə olacağını yerində biləcəyik”.







