featured-image-35001

“Qarabağ” Avropa Liqasının üçüncü təsnifat mərhələsinin HİK-lə (Finlandiya) oyunlar üçün sifariş ərizəsini UEFA-ya göndərib.

Msport.az xəbər verir ki, siyahı UEFA-nın rəsmi saytının oyunla bağlı proqramında yayımlanıb.

Baş məşqçi Qurban Qurbanov heyətə 24 futbolçunun adını daxil edib. Lakin onlardan ikisi – Marko Veşoviç və Abbas Hüseynov zədəli olduqlarından həmin qarşılaşmaları buraxmalı olacaqlar. 

HİK-lə matçlar üçün “Qarabağ”ın iştirak ərizəsi aşağıdakı kimidir:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Ridon Cica, Riçard Almeyda, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Juninyo

Xatırladaq ki, “Qarabağ”la HİK arasında ilk matç avqustun 10-da Bakıda, cavab görüşü avqustun 17-si Helsinkidə keçiriləcək.

Bənzər xəbərlər