"Qarabağ"ın potensial rəqibi bilindi
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, rəqib səpələnməmişlər səbətindəki “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi olacaq.
“Qarabağ” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.







