featured-image-17414

“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək”

Msport.az xəbər verir ki, bunu Portuqaliya millisinin sabiq futbolçusu Nunu Qomeş “TRT Spor”a açıqlamasında bildirib.

46 yaşlı keçmiş hücumçu “köhlən atlar”ın cari mövsüm yaxşı təsir bağışladığını deyib: “Onlar yerli çempionatda turnir cədvəlində birincidirlər və UEFA Konfrans Liqasında Belçika “Gent”i ilə üz-üzə gələcəklər. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar”.

Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Bənzər xəbərlər