"Qarabağ"ın rəqibi azlıqda qalan rəqibi çətinliklə məğlub etdi
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya Plzen” Çexiya çempionatında 3-cü turun oyununa çıxıb.
Msport.az xəbər verir ki, Mixal Bilekin komandası səfərdə “Hradets Kralove” komandası üərində 2:1 hesabı ilə qələbə qazanıb.
Qonaqların heyətində Tomas Çori 39-cu dəqiqədə hesabı açıb. Ancaq 44-cü dəqiqədə “Viktoriya Plzen” qapısında qol görüb. “Viktoriya” yalnız 84-cü dəqiqədə qələbə qolunu vura bilib. Vatslav Pilar komandasına qələbə gətirib.
Qeyd edək ki, “Hradets Kralove” 29-cu dəqiqədə meydanda azlıqda qalıb.
3 turdan sonra 7 xala malik olan “Viktoriya” “Bohemians” və “Brno” ilə birgə 1-3-cü yerləri bölüşür.