featured-image-34756

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan HİK Finlandiya çempionatında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Helsinki təmsilçisi XIX turda “Mariehamn”ı qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb – 4:2.

Bu qalibiyyətdən sonra xallarını 37-yə çatdıran komanda liderliyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” və HİK arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə 1 həftə sonra Helsinkidə olacaq.

Bənzər xəbərlər