“Qarabağ”ın rəqibinin kubokdakı rəqibi bəlli oldu
Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqibi olan “Frayburq”un da qarşılaşacağı komanda məlum olub.
“Frayburq” bu mərhələdə 2-ci Bundesliqada mübarizə aparan “Sankt Pauli” ilə üz-üzə gələcək.
“Frayburq” Avropa Liqasının qrup mərhələsinin ilk turunda, sentyabrın 8-də “Qarabağ”ı qəbul edəcək.