featured-image-75387

“Qarabağ”ın rəqibi tanınmış hücumçunu transfer etməyi planlaşdırır Uruqvay millisinin və “Əl-Hilal”ın forvardı Darvin Nunyez karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” Nunyezi heyətinə qatmağı planlaşdırır.

Premyer Liqa klubu 26 yaşlı forvardı yayda transfer edəcək. Darvinin “Əl-Hilal”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Uruqvaylı “Penyarol”, “Almeriya”, “Benfika”, “Liverpul” komandalarında çıxış edib.

Bənzər xəbərlər