"Qarabağ"ın sabiq futbolçusundan Azərbaycana başsağlığı
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlı verib.
Msport.az xəbər verir ki, polşalı keçmiş müdafiəçi bu barədə şəxsi sosial şəbəkə hesablarında paylaşım edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.