"Qarabağ"ın yeni transferinin son mövsümdə vurduğu qollar - VİDEO
“Qarabağ” dünən yeni transferini açıqladı. Msport.az xəbər verir Ağdam klubu Vieyra Juninyo ilə müqavilə bağlayıb.
26 yaşlı hücumçu Braziliyanın “Atletiko PR” klubunun yetirməsidir. O, “Atkletiko” ilə yanaşı müxtəlif illərdə ölkəsində “Brazil”, “Novurizontino”, “Fiqeyrense”, “Vila Nova” komandalarında və Portuqaliyada “Eştoril”də oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi “Şaviş”ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu”Şaviş”lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub.







