featured-image-80350

Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyununa çıxacaq.

Msport.az xəbər verir ki, “Thróttarvöllur” stadionunda keçiriləcək matç  Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qurban Qurbanovun komandası Bakıda keçirilən ilk görüşdə 3:0 hesabı ilə qələbə qazanmışdı.

Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

00:00. “Vestri” (İslandiya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun

VAR: Tomaş Koçourek

AVAR: Ondrjey Berka

İlk oyun – 0:3

Bənzər xəbərlər