RƏSMİ - "Qarabağ" kapitanı ilə müqaviləni uzatdı - FOTO
“Qarabağ” Maksim Medvedevlə müqaviləni uzadıb. Msport.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu daha bir il Ağdam təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, təcrübəli müdafiəçi 2006-cı ildən “köhlən atlar”ın heyətində çıxış edir.
O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 15 oyunda forma geyinib.








