“Qarabağ” Katovitseyə çatdı - avtobusla davam edəcəklər
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi sabah keçiriləcək matç üçün Polşaya gedib. “Köhlən atlılar” artıq Katovitse şəhərinin hava limanına eniblər. Onlar oyunun keçiriləcəyi Çenstoxova şəhərinə avtobusla gedəcəklər.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22:15-də başlayacaq.








