featured-image-80914

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Msport.az xəbər verir ki, Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasının qonağı olub.

Evdə baş tutan ilk oyunda qolsuz bərabərə qalan komandaların Sofiya şəhərində yerləşən Vasil Levski adına Milli Stadiondakı cavab görüşündə də qol vurulmayıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb.

Penaltilər seriyasında daha dəqiq oynayan CSKA 5:4 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

“Qarabağ” isə mübarizəni UEFA Konfrans Liqasının III raundunda davam etdirəcək. Ağdamlıların rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq. Həmin mərhələnin oyunları avqustun 6-da və 13-də keçiriləcək. Təmsilçimizin ilk oyunu səfərdə olacaq.

Bənzər xəbərlər