“Qarabağ”la ağır oyundan sonra komandada yorğunluq var”
“Fasilə ərəfəsində fitə basılmağımız məni narahat etmir. Çünki vəziyyətimizi bilirəm”.
Msport.az-ın məlumatına görə, bunu “Gent”in baş məşqçisi Heyn Vanhazebruk Belçika çempionatında “Aud-Heverle Lövyen”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, 6 saatlıq uzun uçuşdan və “Qarabağ”la Bakıdakı ağır matçdan sonra meydana çıxmışdılar: “Komandada yorğunluq olduğunu başa düşürəm. Xüsusilə topun arxasınca qaçmaq lazım gəlirsə. Amma istənilən halda topa sahib olma məsələsində öz keyfiyyətimizi göstərməliyik”.
Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.







