"Qarabağ"la matçın ikinci hissəsində meydanın ən yaxşısı biz idik" - "Sürix"in baş məşqçisi
“Sürix”in baş məşqçisi Franko Foda Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlama verib. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis belə deyib:
“Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik”.
56 yaşlı məşqçi ikinci hissədı meydanın ən yaxşısı olduqlarını bildirib: “Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “Sürix” və “Qarabağ” arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək. Sürix təmsilçisi bu matçdan öncə ölkə çempionatının II turunda “Lütsern”i qəbul edəcək.