"Qarabağ"la oyun günü "Viktoriya Plzen"in prezidentinin qızı dünyaya gəlib
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyun günündə (2:1) “Viktoriya Plzen”in prezidenti Adolf Şadekin qızı dünyaya gəlib.
Msport.az xəbər verir ki, bu barədə klub rəhbəri yerli TV-yə açıqlamasında deyib:
“Günün ikinci yarısında qızım Sofi dünyaya gəldi. Xanımım bəlkə də bizim Çempionlr Liqasının qrupuna düşməsindən xəbərsizdir. O, oyundan əvvəl mənə dedi ki, matçın yayımlanacağı kanal yoxdur orda və yatmağa gedir”.