featured-image-23777

“Bu turnirdə iştirak etmək və qələbə qazanmaq çox gözəl hissdir”.

Msport.az xəbər verir ki, bunu “Gent”in futbolçusu Uqo Kuypers Belçikada “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

26 yaşlı hücumçu matçın çətin keçdiyini bildirib: “Amma nə edəcəyimizi bilirdik. İkinci yarıda soyuqqanlılığımızı qorumağı bacardıq. İlk hissəyə nisbətən daha intensiv oynadıq və nəticədə qol vura bildik. Əlavə vaxtda və penaltilər seriyasında isə şanslar 50/50-yə idi”.

Bənzər xəbərlər