"Qarabağ"la qarşılaşmaq istəmirdim" - "Olimpiakos"un qapıçısı
“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Olimpiakos”un qapıçısı Tomaş Vatslik püşkatma ilə bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, çexiyalı qolkiper şəxsi feysbuk hesabında bununla bağlı paylaşım edib:
“”Qarabağ”ın Çempionlar Liqasının pley-offunda “Viktoriya Plzen” ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim”.
33 yaşlı qapıçı bu turniri arzulamadıqlarını bildirib: “Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. “Olimpiakos”un ambisiyaları hər zaman yüksəkdir”.
Yunanıstan klubu Çempionlar Liqasının pley-off mərhələsində “Makkabi Hayfa”ya uduzaraq Avropa Liqasının qrupuna düşüb.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə keçirəcək.







